Məzunlar qəzaya düşdü - Yaralananlar var

Məzunlar qəzaya düşdü - Yaralananlar var

Ucar rayonunda yol qəzasında xəsarət alan məzunların adları məlum olub.

"Report"un Şirvan bürosunun məlumatına görə, Göyçay rayon sakini, 1995-cü il təvəllüdlü Namiq Alik oğlu Məmmədov kirayə götürdüyü VAZ-2107 markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarında olan "Mercedes" markalı avtomobilə çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Göyçay şəhər 7 saylı orta məktəbin XI sinif şagirdləri, 2000-ci il təvəllüdlü Fərhad Siyavuş oğlu Əhmədov və 1999-cu il təvəllüdlü İlham Ceyhun oğlu Əhmədov xəsarət alıblar.

*****

Ucar rayonunda orta məktəb məzunları yol qəzasına düşüb, xəsarət alanlar var.

"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə bu gün 15:30 radələrinə şəhərin mərkəzində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı minik maşınlarında sürücü və sərnişinlər XI sinif məzunları olub. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda əsarət alanların şəxsiyyəti təqiqləşdirilir.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.
 
 
Aktual.az
Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR