Metro "Qarabağ"a görə gücləndirilmiş rejimə keçir

Metro

"Qarabağ”-"Çelsi” oyunu ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejiminə keçəcək.
 
Aktual.az-ın azvision.az
-a istinadən məlumatına görə, "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, "Qarabağ”ın oyunu zamanı sadəcə "Koroğlu” metro stansiyası deyil digər stansiyalarda da gücləndirilmiş iş rejimi tətbiq ediləcək. 
 
"Həmçinin "Koroğlu” metro stansiyasında sərnişin axınına nəzarət etmək üçün bir sıra tədbirlər görüləcək, şəraitə uyğun olaraq stansiyaya giriş-çıxışların yerləri dəyişdirilə bilər".
 
Qurum rəsmisi qeyd edib ki, sərnişinlərin təhlükəsiz daşınması üçün bütün zəruri tədbirlər həyata keçiriləcək:
 
"Bunun üçün əlavə mexanizm, canlı qüvvə və eyni zamanda, ehtiyat qatarlar cəlb olunacaq. Oyun keçirilən gün saat 18:00-dan etibarən sərnişin axını tam nəzarətdə olacaq. Sərnişin çox olarsa, axın nizamlanacaq və sərnişinlər müəyyən gözləmələrlə stansiyaya qəbul ediləcək. Bakıda keçirilən mötəbər idman oyunları zamanı da bu qayda tətbiq edilib".
 
Aktual.az
Xəbər 327 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR