Mərkəzi Bankdan “üzən məzənnə”dən imtina ilə bağlı - Açıqlama

Mərkəzi Bankdan “üzən məzənnə”dən imtina ilə bağlı   - Açıqlama

Azərbaycan Mərkəzi Bankının (AMB)manatla bağlı 2015-ci il dekabrın 21-dən tətbiq etdiyi “üzən məzənnə” rejimindən imtina edəcəyi barədə informasiyalar yayılıb.

Aktual.az Modern.az-a istinadən xəbər verir ki, yayılan informasiyalarda dolların məzənnəsinin 2 manatadək bahalaşacağı və yalnız ondan sonra bu sahədə sabitlik yaranacağı iddia olunur.

Mərkəzi Bankın mətbuat xidmətindən isə bu informasiyaların hansısa jurnalist təxəyüllünün məhsulu olduğu bildirilib:

“Hazırda Mərkəzi Bankda “üzən məzənnə” sisteminin ləğv edilməsi ilə bağlı qərar yoxdur. Gələcəkdə olacağını isə indidən proqnozlaşdırmaq mümkün deyil”.

Xəbər 707 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR