Mərkəzi Bank: İstehlak kreditlərinin həcmi azaldı

Mərkəzi Bank: İstehlak kreditlərinin həcmi azaldı

Bank məlumat yaydı.

2015-ci il sentyabrın 1-nə olan məlumata görə, Azərbaycan kredit təşkilatları tərəfindən 20 milyard 95 milyon 810 min manat kredit qoyuluşunun 7 milyard 684 milyon 300 min manatı ev təsərrüfatlarına (istehlak kreditləri - red.) aid olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) avqust ayının yekunlarına aid açıqladığı hesabatda deyilib.

AMB qeyd edib ki, kredit təşkilatları tərəfindən verilən kreditlərin cəmi kreditlərdə xüsusi çəksisi isə 38,2% təşkil edib.

Qeyd edək ki, verilən istehlak kreidtlərinin ən pik həddi 2015-ci ilin martın 1-də qeydə alınıb, 8 milyard 416,7 milyon manat.

Cari ilin əvvəlində, eləcə də fevralın 1-nə olan hesabata görə, istehlak kreditlərinin cəmi kreditlərdə xüsusi çəkisi nə az nə çox 44% olub.

Xatırladaq ki, avqustun yekunlarına olan məlumata görə, vaxtı keçmiş kreditlərin ümumi həcmi isə 1 milyard 333,6 milyon manat, ümumi kredit qoyuluşunda payı isə 6,6% təşkil edib.

Xəbər 537 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR