Mərkəzi Bank daha 3,5 milyon manatlıq not satdı

Mərkəzi Bank daha 3,5 milyon manatlıq not satdı

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) dövlət qeydiyyatından keçmiş ümumi həcmi 5 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 27 gün olan qısamüddətli notlarının (50100153S) yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu barədə "Report”a BFB-dən bildirilib.

Məlumata görə, hərraca 2 investor 2 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 3 milyon 507 min 500 manat (hərraca çıxarılan notların 70%-i) təşkil edib. 

Sifarişlər 98,92 manat (14,5572%) - 98,94 manat (14,2847%) qiymətində təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti AMB tərəfindən 98,92 manat (14,5572%), ortaölçülmüş qiyməti 98,9316 manat (14,3991%) səviyyəsində müəyyən olunub.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 3 milyon 507 min 500 manat məbləğində müəyyən edilib.

Qiymətli kağızların ödəmə tarixi 1 fevral 2017-cı ildir.

Aktual.az
Xəbər 492 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR