Meksikanın eks-prezidenti Trampı ağır təhqir etdi

Meksikanın eks-prezidenti Trampı ağır təhqir etdi
  • DÜNYA

ABŞ prezidenti Donald Trampın ABŞ-a Haiti və digər bəzi ölkələri "üfunətli dövlətlər" adlandırması və onlardan miqrantların gəlməsi ilə bağlı dediyi sözlər bütün dünyada ciddi etirazla qarşılanıb.
 
Aktual.az Modern.az-a istinadən istinadən xəbər verir ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarı bu açıqlamanı irqçi adlandırıb.
"Bu sözləri irqçi adlandırmaqdan başqa sözüm yoxdur. Ayrı-ayrı ölkələri və bütöv dövləti "üfunətli" adlandırmaq olmaz”.
Meksikanın eks-prezidenti Visente Foks Kesada isə Trampa müraciət edərək onu təhqir edib. "Tramp, dünyada ən üfuntəli yer sənin ağzındır”.
Haiti lideri Loran Lamot isə Trampın səviyyəsinin sıfıra endiyini deyib. Afrika liderləri isə bəyanat verərək, ABŞ-ın özünə irqçi və özünəvurğun prezident seçməsindən şokda olduqlarını deyib.
ABŞ mətbuatı Trampın yanvarın 9-da Ağ Ev administrasiyası ilə görüş zamanı ölkəyə "üfunətli Latın Amerikası və Afrika ölkələrindən deyil, Norveç kimi ölkələrdən" mühacir cəlb etmək istədiyini yazmışdı.
 
Aktual.az
Xəbər 411 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR