Meksikada zəlzələ qurbanlarının sayı 230-a çatdı

Meksikada zəlzələ qurbanlarının sayı 230-a çatdı
  • DÜNYA

Meksikada baş vermiş zəlzələ qurbanlarının sayı 230 nəfərə çatıb.

Aktual.az Report-a istinadla xəbər verir ki, bu barədə respublikanın mülki müdafiə qüvvələrinin milli koordinatoru Luis Felipe Puenteyə istinadən məlumat yayıb.
O, "Twitter”də bildirib ki, 230 nəfər güclü zəlzələnin qurbanı olub.
"Mexikoda ölənlərin sayı 100-ə qədər artıb. Ümumi say (ölənlərin - red) 230 nəfərdir”, - deyə o yazıb.
Meksikanın Milli Seysmologiya Mərkəzinin məlumatına görə, 7,1 bal gücündə zəlzələnin episentri Mexikodan 111 kilometr cənubda yerləşib. Zəlzələdən sonra 10-dan çox yeraltı təkan qeydə alınıb.
 
Aktual.az 
Xəbər 210 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR