Maykl Ceksonun ailəsi məhkəməyə verildi

Maykl Ceksonun ailəsi məhkəməyə verildi

Mərhum amerikalı müğənni Maykl Ceksonun prodüseri Kuins Cons ifaçının varislərini məhkəməyə verərək öz haqqını tələb etmişdi.

Aktual.az  Lent.az-a istinadən xəbər verir ki, "Guardian” nəşri məhkəmənin başa çatdığını və prodüserin 9.4 milyon dollar pul aldığını yazıb.  Əvvəlcə Kuins 30 milyondan çox tələb etsə də, varislər bu pulu ödəmək iqtidarında olmadıqlarını bildiriblər.

Qeyd edək ki, Maykl Cekson 25 iyun 2009-cu ildə, 50 yaşında vəfat edib. Onun varisləri anası Ketrin Cekson və müğənninin uşaqları Prins, Peris və Blenketdir.
 
Aktual.az
Xəbər 200 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR