Marqvelaşvili Azərbaycan və Ermənistan rəhbərliyinə çağırış edib

Marqvelaşvili Azərbaycan və Ermənistan rəhbərliyinə çağırış edib

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Ermənistan və Azərbaycan rəhbərliyini Dağlıq Qarabağ ətrafında yaranmış gərgin vəziyyətin sülh yolu ilə həll edilməsi üçün maksimum səy göstərməyə çağırıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə G. Marqvelaşvili Tiflisdə keçirilən NATO Həftəsi çərçivəsindəki Xalq Diplomatiyası Forumunda çıxışı zamanı bildirib.

“Ümid edirik ki, Ermənistan və Azərbaycan rəhbərləri gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həlli üçün beynəlxalq ictimaiyyətin fəal iştirakı ilə maksimum diplomatik səylər göstərəcəklər”, - deyə o əlavə edib.

Xəbər 382 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR