Mark Zukerberq atalıq məzuniyyətinə çıxır

Mark Zukerberq atalıq məzuniyyətinə çıxır
  • DÜNYA

Dünyanın ən böyük sosial şəbəkəsi olan "Facebook"un qurucusu Mark Zukerberq ikinci övladı dünyaya gəldikdən sonra atalıq məzuniyyətinə çıxacağını elan edib.
Aktual.az Report-
a istinadən xəbər verir ki, o, "Facebook" səhifəsində iki aylıq müddətə məzuniyyət götürəcəyini yazıb.
"Tezliklə qızımız dünyaya gələcək və mən yenidən atalıq məzuniyyəti götürməyi planlaşdırıram... Əminəm ki, geri dönən zaman ofis eyni yerdə olacaq", - M.Zukerberq bildirib.
Onun sözlərinə görə, o, məzuniyyətinin bir ayını qızı doğulduqdan dərhal sonra, ikincisini isə dekabrda götürəcək.
Qeyd edək ki, 33 yaşlı biznesmen 2012-ci ildə çinli Prisçilla Çhan ilə ailə qurub, 2015-ci ilin dekabr ayında ilk dəfə valideyn olub. Cütlüyün ilk qızının adı Maksimadır.
 
Aktual.az
Xəbər 392 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR