Londonda terakt hazırlamaqda şübhəli bilinən şəxs azadlığa buraxılıb

Londonda terakt hazırlamaqda şübhəli bilinən şəxs azadlığa buraxılıb

İyunun 10-da Böyük Britaniyanın Hitrou hava limanında terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılan Finlandiya vətəndaşı azadlığa buraxılıb.

Aktual.az Trend-ə istinadən bildirir ki, bu barədə Skotland-Yardın məlumatında deyilir.
Məlumata bildirilir: "29 yaşlı Finlandiya vətəndaşı iyunun 15-i azadlığa buraxılıb".

Qeyd edək ki, son iki il ərzində 43 Finlandiya vətəndaşı Britaniyada terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb.
2016-cı ildə Birləşmiş Krallığın ərazisində Finlandiya pasportuna malik somalili gənc, 2017-ci ilin sentyabrında isə ikili vətəndaşlıqları olan (Böyük Britaniya və Finlandiya) iki nəfər saxlanılıb və məhkum edilib.
 
Aktual.az
Xəbər 549 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR