Küləkli havada dənizdə batmış gəncin cəsədi tapıldı

Küləkli havada dənizdə batmış gəncin cəsədi tapıldı

Bu gün səhər saatlarında dənizdə cəsəd aşkar edilib.

Aktual.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, cəsəd iyulun 30-da Abşeron rayonu, Goradil kəndində dənizdə batdığı ehtimal olunanan 1995-ci il təvəllüdlü Teymurov Müşfiq Teymur oğluna məxsusu olub.

Məlumata görə, cəsəd Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Aktual.az
Xəbər 375 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR