Kim Çen İnin qətlə yetirilən qardaşının son sözləri: "Üzümə maye püskürtdülər"

Kim Çen İnin qətlə yetirilən qardaşının son sözləri:
  • DÜNYA

Dünən Şimali Koreyanın lideri Kim İ Çenin qardaşı Malayziyada qətlə yetirilib

"Ölkə.Az" xəbər verir ki, Kim Çon Nam Şimali Koreya liderinin ögey qardaşıdır. Bu gün isə qətllə bağlı yeni detallar üzə çıxıb.

Malayziyanın Selangor vilayətinin prokuroru Fadzil Ahmat bildirib ki, qətl hadisəsi Kuala Lumpur hava limanında həftənin bazar ertəsi günü səhər saatlarında törədilib. Çinin Makao vilayətinə uçmaq üçün hava limanına təşrif buyuran Kim Çon Nam uçuşdan 1 saat əvvəl özünü pis hiss etdiyi üçün terminalın əməkdaşlarından kömək istəyib.

Hava limanı işçilərinə: "Kimsə məni arxadan tutub üzümə maye püskürtdü" deyən Kimin ürəyi gedib. Onu dərhal terminal ərazisindəki xəstəxanaya yerləşdiriblər. Xəstəxanadan məlumat verilib ki, Kim Çon Namda xəfif iflic əlamətləri üzə çıxıb. Buna görə də onu təcili tibbi yardım maşını ilə Putraja xəstəxanasına çatdırmaq istəyiblər. Amma Kim yolda keçinib.
 
Aktual.az
Xəbər 487 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR