Keyfiyyətsiz məhsul istehsal edənlərin cəzası yüngülləşir - 3 il həbs cəzası 2 illə əvəzlənir

Keyfiyyətsiz məhsul istehsal edənlərin cəzası yüngülləşir - 3 il həbs cəzası 2 illə əvəzlənir

Cinayət Məcəlləsinin 200-cü (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsinin 3-cü bəndinə dəyişiklik təklif edilir.

APA-nın məlumatına görə, təklif olunan layihəyə əsasən, bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda hazırda tətbiq olunan 3 il azadlıqdan məhrum etmə cəzası 2 il azadlıqdan məhrum etmə və yaxud 2 il azadlığın məhdudlaşdırılması kimi yeni cəza növü ilə əvəzlənir.

Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Aktual.az
Xəbər 52 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR