Keçmiş sevgilisi azərbaycanlı aktrisanı ölümlə hədələyir – FOTO

Keçmiş sevgilisi azərbaycanlı aktrisanı ölümlə hədələyir – FOTO

Aktrisa-model Əfsanə Qasımova təhdid edilir.

Aktual.az-ın məlumatına görə, bu barədə Qasımova ölkə.az-a danışıb.

Onun sözlərinə görə, keçmiş sevgilisi, memar Cahid Həsənov onu ölümlə hədələyir: "Mənə deyir ki, səni güllələyərəm. Gah deyir ki, məhəllənizə basqın edəcəyəm. Heç cür məndən əl çəkmir. Bir müddət öncə sevgili olmuşuq və sonra ayrılmışıq. Amma indi mənim yaxamı buraxmır. Danışanda deyir ki, aliməm, akademikəm. Qoy millət bunun əsl üzünü görsün”.

Qeyd edək ki, Cahid Həsənov Avropa Elmlər Akademiyasının və Türkdilli Ölkələrin Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, BMT tərəfindən mədəniyyətə xidmət medalı ilə təltif olunub.

Ə.Qasımova isə bir sıra seriallarda və kliplərdə rol alıb.
 
Aktual.az
Xəbər 925 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR