Keçmiş olsun... - Tənzilə Rüstəmxanlı

Keçmiş olsun...   - Tənzilə Rüstəmxanlı

Ermənilərin ən güclü olduğu ölkələrdən biri Fransadır. Erməni soyqırımını tanıyan və ermənilərin Qarabağı işğal etməsinə haqq qazandıran və dəstəkləyən də Fransadır. Uzun illər ASALA terror təşkilatına ev sahibliyi edən də Fransadır. ATƏT-in Qarabağ üzrə Minsk qrupunun həmsədrlərindən biri də Fransadır ki, hər zaman terorçu dövlət olan Ermənistanın yanında olub və tərəfsiz olacağı yerdə, ədalətə "fransız" qalıb.

Bizimkilərin bu Fransa sevgisinə heyran olmamaq əldə deyil, terroru qınayaq, insanlıq adına barışı dəstəkləyək ki, günahsız insanlar zamansız ölməsin, müslüman öləndə və öldürüləndə xiristianlar sevinməsin gərək. Çünki etmə bulma dünyasıdır, bir gün çanaq tutduğun olaylar gəlir səni də tapar. Amma kraldan çox kralçı, fransizdan çox fransız olmayın.

Xocalı soyqırımı ilə bağlı Parisdəki yürüş mitinqimizdə bir fransız tapa bilmədik ki, Azərbaycan bayrağına bürünsün, yaxud ayaq saxlayıb maraqlansın ki, bu insanların göyə qaldırdıqları şəkillərdəki o körpə uşaqları kim öldürüb.

Rüzgar əkən fırtına biçər. PKK terrorçularını illər uzunu bəsləyən də, nə qədər Türk və Müsəlman düşməni varsa, ona yuva quran da Fransadır.

Keçmiş olsun, terroçunun milləti və dini olmaz!

Xəbər 1445 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR