İtaliyada 23 il axtarışda olan mafiya rəhbəri saxlanılıb

İtaliyada 23 il axtarışda olan mafiya rəhbəri saxlanılıb

İtaliyada "Ndranqeta" mafiyasının rəhbərlərindən biri olan Cüzeppe Corci saxlanılıb.

"Report"un məlumatına görə, bu barədə "La Stampa" nəşri yazıb.
Xəbərdə bildirilir ki, o, 1994-cü ildən hüquq-mühafiqə orqanlarından gizlənib. İndi onu beynəlxalq narkotik ticarətinə görə 28 il 9 ay azadlıqdan məhrumetmə cəzası gözləyir.
Nəşr yazır ki, cinayətkar San-Luka kommunasındakı şəxsi evində saxlanılıb. O, evdəki xüsusi bunkerdə gizlənirmiş.
Qeyd edək ki, Cüzeppe Corci İtaliyanın axtarışda olan 5 ən təhlükəli cinayətkarından biridir.
 
Aktual.az
Xəbər 386 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR