İstanbul məktəbləri sabah da bağlı olacaq

İstanbul məktəbləri sabah da bağlı olacaq
  • DÜNYA

Türkiyənin İstanbul şəhərindəki təhsil müəssisələrində tətil sabah da davam edəcək

Aktual.az Trend-ə istinadən xəbər verir ki, İstanbul valisi Vasip Şahin qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq şəhərdəki bütün təhsil müəssisələrinin sabah da bağlı olacağını bildirib.

Qeyd edək ki, Türkiyədə, o cümlədən İstanbulda ötən həftənin cümə günündən qarlı-şaxtalı hava şəraiti müşahidə olunur. Şəhərin Çatalca rayonunda yağan qarın qalınlığı 122 sm-ə çatıb.

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq İstanbulda bərə nəqliyyatı, aviareyslər təxirə salınıb.

Sinoptiklər əlverişsiz hava şəraitinin hələ davam edəcəyini bildirirlər.
 
Aktual.az
Xəbər 290 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR