İŞİD-in 7 lideri öldürüldü

İŞİD-in 7 lideri öldürüldü

Vaşinqton yeddi İŞİD liderinin öldürüldüyünü bəyan edib.

Publika.az xəbər verir ki, öldürülənlər arasında Suriya və İraqdakı terrorçuların bir sıra yüksək vəzifəli təbliğatçıları və əlaqələndiriciləri var.
Birləşmiş Əməliyyat Qrupu nümayəndələrinin sözlərinə görə, bu terrorçuların zərərsizləşdirilməsi İŞİD-in təbliğat fəaliyyətini, həmçinin terrorçuların maliyyələşdirilməsi yollarını pozur.
Qrup əməkdaşları bu terrorçuların öldürüldüyünü bildiriblər:
- İŞİD-in təbliğat işlərinə nəzarət edən Əbu Süleyman əl-İraq.
- İŞİD-in terror hücumlarının maliyyələşdirilməsi ilə məşğul olan Bassam əl-Ceyfus.
- İŞİD-in rəsmi təbliğat nəşrinin rəhbəri Rayaan Meşal.
- Əbu-Xəttab əl-Ravi, İŞİD-in media nümayəndəsi.
- Əbu-Sayf əl-İsavi, İŞİD-in media təmsilçisi.
- Əbu Əli əl-Canubi, İŞİD-in Böyük mətbuat-direktoru.
- İbrahim əl-Ənsari, İŞİD-in təbliğat nümayəndəsi.

Aktual.az
Xəbər 295 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR