İrandan Azərbaycana narkotik vasitə keçirilmək istədi qarşısı alındı

İrandan Azərbaycana narkotik vasitə keçirilmək istədi qarşısı alındı

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran İslam Respublikası vətəndaşının əl çantasındakı əşyalara baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, yoxlama zamanı üzərində "Rexona" yazısı olan antiperspirantın içərisindən, gömrük nəzarətindən gizlədilən, 4 ədəd selofan bükümdə xalis çəkisi 12,006 qram narkotik vasitə - tiryək aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.
Xəbər 322 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR