İnsanların qəribə qorxuları: Öpüşmək, sevmək, saqqal...

İnsanların qəribə qorxuları: Öpüşmək, sevmək, saqqal...

Günümüzdə geniş yayılmış əsəb pozuntularından biri də hər birimizin müşahidə etdiyimiz fobiyalardır. Yunan dilindən tərcümədə - "fobos" qorxu, həyəcan, təşviş mənasını verir.

Aktual.az  publika.az-a istinadən bildirir ki, fobiyalar dayanıqlı şəkildə yaranan qeyri-ixtiyari qorxulardır. Müxtəlif maraqlı növləri olan bu qorxular hər yaşda yarana bilər. Statistikaya görə, əhalinin 15-18%-də müşahidə olunan bu halların psixoterapiya yolu ilə müalicəsi mümkündür. Hətta bəzən dərman preparatlarının köməyi ilə də bu qorxuları aradan qaldırmaq olur.

Antropofobiya - insanlar
Akrofobiya - hündür yer
Amaksofobiya - maşın və ya nəqliyyat
Amofobiya - iti cisimlər
Aviofobiya - uçuşdan
Batofobiya - dərinlikdən
Bibliofobiya - kitablardan
Brontofobiya - göy gurultusundan
Dentofobiya - diş həkimindən
Entomofobiya - böcəklərdən
Endofobiya - paltarlardan
Farmakofobiya - dərmandan
Filemafobiya - öpməkdən
Filofobiya - sevməkdən
Fotofobiya - işıqdan
Gametofobiya - evlilikdən
Gerontofobiya - yaşlı insanlardan
Harpaksofobiya - cinayətə qurbanı olmaqdan
Helyofobiya - günəşdan
Hematofobiya - qandan
Hidrofobiya - üzmək və ya boğulmaq
Higrofobiya - yağışdan
Hipnofobiya - yatmaqdan
İslamofobiya - müsəlmanlardan
Logofobiya - bəzi cümlə və sözlər
Lokofobiya - ağ (rəng)
Monofobiya - təklikdən
Melanofobiya - qara (rəng)
Nelofobiya - pəncərədən
Obesofobiya - kökəlməkdən
Okofobiya - avtobusdan
Osmofobiya - müxtəlif iylərdən
Pantofobiya - ətrafda olan hər şey
Papirofobiya - kağızdan
Pedofobiya - uşaqlardan
Pogonofobiya - saqqal
Plakofobiya - çəhrayı (rəng)
Pelidofobiya - keçəllərdən qorxmaq
Qolossofobiya - ictimai yerdə danışmaq
Sinofobiya - çinlilərdən
Skiofobiya - kölgədən
Sosiofobiya - cəmiyyətdən
Takofobiya - yüksək sürətdən
Talassofobiya - dəniz və okeanlardan
Tanatofobiya - ölümdən
Teknofobiya - texnologiyadan
Testofobiya - testlər və imtahanlardan
Tokofobiya - hamilə qalmaqdan
Triskaidekafobiya - 13 rəqəmindən
Urofobiya - sidikdən qorxmaq
Venüstrafobiya - gözəl qadınlar
Zoofobiya - heyvanlardan .

Ətrafımızda bir coxlarının, eləcə də məşhurların, tarixi şəxsiyyətlərin maraqlı fobiyaları var. Onlardan ən maraqlılarını sizə təqdim edirik:
Hollivud ulduzlarından olan Cennifer Lopes istiotdan qorxur. Deyilənə görə o,istiotun adını belə çəkə bilmir.

Amerikalı cazibədar aktrisa Meqan Foks kağızdan qorxur. Maraqlıdır, görəsən, o, məktəb illərində bu qorxunun öhtəsindən necə gəlirdi .
Pop musiqisinin kraliçası sayılan məşhur müğənni Rihannanın suya qarşı fobiyası var. Kiçik yaşlarında boğulma təhlükəsi yaşayan Rihanna bu günə kimi sudan qorxur.

Türk aktrisası Fəxriyə Evcən elektrikdən çox qorxur. Buna səbəb tələbəlik illərində universitetdən çıxarkən yolda olan bir elektrik naqilinin qopub onun üstünə düşməsi, paltarının və saçlarının bir hissəsini yandırması olub.
Gözəl aktrisa Kameron Dias qapı cəftələrindən qorxur. Yaxşı ki, ona hər zaman qapı açanlar var.

Məşhur Hollivud aktrisası Nikol Kidman isə kəpənəklərdən qorxur.
Tanınmış Hollivud rejissoru, qorxu filmlərinin mahir ustası Alfred Hiçkok ovofobiyadan - yumurta qorxusundan əziyyyət çəkirdi. Yumurtalardan iyrənən rejissor ömrü boyu bir dəfə də olsun, yumurtanın dadına baxmayıb. Yumurtanı xatırladan istənilən yumru formalı əşya belə Hiçkokun qorxusuna səbəb olurdu.

Psixoanalizin yaradıcısı Ziqmund Freyd odlu silahdan və ayıdöşəyi bitkisindən qorxurdu. Silahdan qorxmasını seksual və emosional baxımdan yetərincə inkişaf etməməsi ilə əlaqələndirən Freyd daha çox qatardan qorxurdu. Ona görə heç zaman dəmir yolundan nəqliyyat vasitəsi kimi istifadə etməyib.
Tarixin ən məşhur fiziklərindən olan Nikola Tesla isə hermafobiyadan əziyyət çəkib. Mikrobdan ehtiyatlanan alim insanlara və əşyalara toxunmaqdan qaçırdı. Tez-tez əllərini yuyan Serb mənşəli fizik həm də zinət əşyalarına qarşı dözümsüz idi. Xüsusən mirvari sırğalar Teslanın ən böyük fobiyası olub.
Alman şairi İohan Volfqanq fon Höte hündürlükdən dəhşətli dərəcədə qorxurdu. O, fobiyasına qalib gəlmək üçün hər gün Strasburq şəhərindəki Müqəddəs Münster kilsəsinin başına çıxırdı.

ABŞ-ın 37-ci prezidenti Riçard Niksonda nozokomefobiya əlamətləri olub. Prezident qorxurdu ki, xəstəxanaya düşdükdən sonra heç zaman oranı tərk edə bilməyəcək. Yalnız həyati təhlükəsi olan zaman prezident xəstəxanaya getməyə razılıq verib.

Dünya tarxinin ən məşhur sarışın xanımı, aktrisa Merilin Monro aqorofobiyadan (açıq məkan və insan kütləsindən qorxmaq) əziyyət çəkib. Qəribə səslənsə də, minlərlə pərəstişkarı olan aktrisa alçaq tavanlı, kiçik otaqlardan ibarət mənzillərdə özünə rahatlıq tapırdı.

Aktual.az
Xəbər 1542 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR