İnsan bədəni "makaron" şəklində məhv olacaq - AÇIQLAMA

İnsan bədəni

Astrofiziklər "Qara dəlikli" qalaktikanın insanları necə məhv etməsi haqqında maraqlı açıqlamalar veriblər.

Publika.az xəbər verir ki, astronomiya və astrofizika alimlərinin araşdırmalarına görə, qalaktikada 25 milyona yaxın böyük və kiçik ölçülü "Qara dəliyə" malik ulduzlar insanlar üçün olduqca təhlükəlidir. Bu günə qədər təsbit edilmiş 7 nəhəng "Qara dəlik"li ulduzun daxilində 1300-ə qədər kiçik ölçülü "Qara dəliklər"in olduğu müəyyən edilib.
Alimlərin sözlərinə görə, bir-birindən ölçülərinə görə fərqlənən bu dəliklərin partlayış gücü və canlıların yaşadığı planetə təsiri də fərqlidir.
"Today News" nəşrinin dərc etdiyi məqaləyə görə, alimlər qara dəliyə yaxınlaşma anında insan bədəninin radiaktiv şüalar nəticəsində hansı hallara düşəcəyindən danışır.
Nəhəng kosmik şüanın təsiri altında qalan insan bədəni həlak olacaq. Əgər insan bədəni ulduzlu kütlənin dəliyinə yaxınlaşarsa, üfüqi istiqamətdə şüaların təsirindən yığılaraq uzun "makaron çubuğunu" xatırladacaq şəkildə dartılıb parçalanacaq.
Digər qara dəliklərə yaxınlaşan insan bədəni də ölümə məhkumdur. Lakin, onların mərkəzə doğru məsafəsi daha uzun olduğu üçün qravitasiya qüvvəsi, eləcə də üfüqi istiqamətdə hərəkət edən şüalar daha zəif gücə malik olduqları üçün bədən yanaraq kül ola bilər.
Bütün fərqli ehtimallara rəğmən, bu dəliklərə yaxınlaşan insanın geri qayıtmaq kimi şansı yoxdur.
Alimlər müasir dövrdə ulduzların daxilinə sirayət edərək, "Qara dəliklər"i daha yaxından araşdırmaq istəyirlər. Lakin geri qayıtmaq üçün minimum dərəcədə şansın olub-olmadığı dəqiqləşdirilməlidir.
 
Aktual.az
Xəbər 771 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR