Çində maşinistsiz metro qatarları fəaliyyətə başlayacaq

Çində maşinistsiz metro qatarları fəaliyyətə başlayacaq

İlin sonuna qədər Çinin paytaxtında tam avtomatlaşdırımış metropoliten xətti fəaliyyətə başlayacaq.

"Ölkə.Az" xəbər verir ki, "Yanşan Fanşan" yeraltı şəbəkəsi maşinistsiz qatarlarla təchiz ediləcək. Hazırda pilotsuz qatarlar sınaq rejimində çalışır.

Layihəni icra edən şirkətdən bildiriblər ki, yeni xətt üzrə 4 vaqonlu qatarlar hərəkət edəcək. Bu qatarlar 1200 sərnişin üçün nəzərdə tutulub. Xəttin ümumi uzunluğu isə 16.6 km-dir.

Qeyd edilir ki, bu texnologiya Çin üçün yenilik sayılır. Yeni təhlükəsizlik sistemi idarəetmədə insan faktoru səbəbindən yaranan səhvlərdən qaçmağa kömək edəcək.
 
Aktual.az
Xəbər 311 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR