İlham Əliyev Zabratda

İlham Əliyev Zabratda

Dekabrın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayonunun Zabrat qəsəbəsində inşa olunmuş yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün sosial reabilitasiya mərkəzinin, 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacağın, həmçinin yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzinin açılışı olub.

Aktual.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, qızları Leyla və Arzu açılışda iştirak ediblər.

Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya kompleksdə yaradılan şərait barədə məlumat verib.

Prezident və ailə üzvləri kompleksdə yaradılan şəraitlə tanış olublar.
 

Aktual.az 

Xəbər 558 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR