İlham Əliyev: "Azərbaycanın dəyərləri bizim üçün hər şeydən üstündür"

İlham Əliyev:

"Biz öz mədəniyyətimizi, incəsənətimizi, ana dilimizi, bayramlarımızı qoruyuruq, yaşadırıq".

Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev bu gün Bakıda keçirilən Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyində çıxışı zaman deyib.

Dövlət başçısı bildirib ki, 25 illik müstəqillik dövrü onu göstərdi ki, ancaq milli köklər üzərində qurulmuş dövlətlər uğur qazana bilər, o dövlətlərin gələcəyi var: "Azərbaycanın dəyərləri, milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Şadam ki, gənc nəsil də bu ruhda - vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə alır və bu gün vətəni sevən hər bir Azərbaycan vətəndaşı haqlı olaraq vətəni ilə fəxr edir".
 

Aktual.az

Xəbər 161 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR