Hollivud ulduzu Trampı biabır etdi

Hollivud ulduzu Trampı biabır etdi

Tanınmış aktyor və bodibilder, ABŞ-ın Kaliforniya ştatının keçmiş 38-ci qubernatoru Arnold Şvartsenegger ilə president Donald Tramp arasında "söz müharibəsi” hələ də davam edir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu dəfə Arnold Şvartsenegger özünün "Twitter” səhifəsində Donald Trampa video-müraciət edib.
Tanınmış aktyor Trampı xalqın etimadını lazımı qədər qazana bilməməkdə ittiham edib.
Arnold Şvartsenegger deyib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp cəmi 39 faiz səs toplaya bilib:
"Bu isə çox azdır. Donald Tramp, bəs sən nə gözləyirdin? Ah Donald, xalqın dəstək verdiyi faiz göstəriciləri elan edildi. Və sən dərinliyə batdın! 30 faizdəsən! Bəs sən nə gözləyirdin? Uşaqların dərsdən sonrakı proqramlarını ləğv etmək, maddi imkanları aşağı olan insanlardan vəsait almaq və digər bu kimi hərəkətlərinin qarşılığı da budur! Deyirdin ki, Amerikanı yenidən dirçəldəcəm. Belə zarafatlar etmə! Axı sən bu cür tövsiyələri kimdən alırsan?”.
 
Aktual.az
Xəbər 440 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR