Hansı bürclər caduya daha meyllidir?

Hansı bürclər caduya daha meyllidir?

Bəzi insanların başına gələn hadisələr və qəribliklər məhz bürcləri ilə bağlıdır.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, astroloqların fikrincə, insanın analiz qabiliyyəti, 6-cı hissinin güclü və təsiretmə qabiliyyəti məhz bürcündən asılıdır. Gəlin, bürclərdən ən çox hansının magik gücü olduğunu nəzərdən keçirək.

Qoç

Yalnız Qoçlar özünü istənilən sahədə inkişaf etdirə və uğur qazana bilər. Belə ki, onlar həm geyim əşyalarına, həm də suya mənfi və müsbət enerji ötürmək kimi gözəl qabiliyyətə malikdir. Qoçlar şəxsi əşyalardan, o cümlədən fotoşəkillərdən məlumat ala bilirlər. Bu, onlarda öz-özünə alınır.

Buğa

Maddi rifahla bağlı yaxşı fala baxır. Bu bürcün kiməsə ürəkdən uğur və pul arzulaması qüvvətli təsirə bərabərdir və onun istəyi dərhal reallaşacaq. Xüsusilə arzunu bir neçə dəfə təkrar etdikdə, onların gücünə şübhə yeri qalmır.

Əkizlər

Bu insanlar səsi ilə çox gözəl işləyir. Onların iş aləti şifahi andlar və hiylələrdir. Əkizlər güclü səs titrəyişləri ilə istənilən insanı özünə inandıra bilər.

Xərçəng

Təbiətən Xərçənglər sehrli manipulyasiyalara rəqibdir. Bununla belə fala baxmaq onların xoşuna gəlir. Gözəl psixoloq olan Xərçənglər insanı asanlıqla manipulyasiya edirlər. Ən maraqlısı odur ki, onların gələcəklə bağlı proqnozlarının 80%-i düz çıxır.

Şir

Zodiak işarələrinin ən alovlu bürcü sevgi ovsunlarında qəribə nəticələr əldə edə bilər. Güclü energetika, liderlik xüsusiyyətlərilə insanlara öz mövqeyini sırıyır və onları öz tərəfinə çəkə bilirlər.

Qız

Taro kartları, əl falı və runalar Qızların iş alətləridir. Axı bu bürcün nümayəndələri hər xırda məsələyə, hətta rəqəmlərə də diqqət edir. Onların udması üçün lotereya biletində sadəcə rəqəmlərə baxmaq və xoşuna gəldiyi rəqəmi seçmək kifayətdir.

Tərəzi

Tərəzilər ay çıxması, tufan, ildırım, şimşək, günəş çıxması və ya günəş qürubu kimi təbiət hadisələri zamanı daha yaxşı nəticələr əldə edir. Təbii daşlardan yaxşı talismanlar düzəldə bilərlər. Bu hədiyyələr uğur gətirir.

Əqrəb

Xüsusi, fövqəltəbii qüvvəyə malikdir. Bu bürcün nümayəndələri istənilən istiqamətdə öz gücünü göstərə bilər. Xüsusilə ev cadularını yaxşı bacarır. Əqrəb bir toz əsgisi ilə təkcə kiri deyil, həm də evin mənfi aurasını təmizləyə bilər.

Oxatan

Təbiətən təbibdirlər. Baş ağrısını əlləri ilə müalicə etməyi bacarır, xəstəliyin diaqnozunu qoyurlar. Onların sehrli yardımı dəqiq hədəf tələb edir, lakin o, işləyir.

Oğlaq

Təbiətlə ünsiyyət bacarığını tam inkişaf etdirə və bir çox suallara cavab ala bilərlər. Onlar əl falını dəqiq oxuyur, o cümlədən ulduz və rəqəm fallarında da güclüdürlər.

Dolça

Əgər insanlar Dolçalara inansa, onda onları aldatmayacaq. Bu bürclərin magiya qabiliyyəti ani sürətlə inkişaf edir. Və müvəffəqiyyətlə yeni fal metodlarını tapa və onları öyrədə bilərlər.

Balıq

Enerji cəhətdən güclü olduqları üçün qara magiya ilə qətiyyən maraqlanmayan adamlardır. Məkanı çirkləndirməməyə yox, təmizləməyə üstünlük verirlər. Bununla belə qəhvə, kart və runa falında da yaxşı öngörücüdür. Onların dediyi əlamətləri tez-tez real olur.

 
Aktual.az
Xəbər 261 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR