Hakerlər Ukrayna şirkətindən 1,5 milyon avro oğurlayıblar

Hakerlər Ukrayna şirkətindən 1,5 milyon avro oğurlayıblar

Ukraynalı iki haker ölkənin loqistika şirkəti olan DNL-nin hesabından 1,5 milyon avro oğurlayıb

AZƏRTAC yerli Kiberpolis Departamentinə istinadla xəbər verir ki, beynəlxalq kiberpolisin əməkdaşları Almaniyanın hüquq-mühafizə orqanları ilə birlikdə cinayət iştirakçılarının Ukraynanın Çernikov şəhərinin sakinləri olduğunu müəyyənləşdirib. Onlardan biri 28 yaşlı qadın, digəri 22 yaşlı kişidir. Hakerlər 2013-2016-cı illərdə şirkətin maliyyə bazasında müxtəlif qanunsuz əməliyyatlar ediblər. Oğurlanan pullar Kipr və İspaniya banklarına köçürülüb.
Polis hər iki hakeri beynəlxalq axtarışa verib.
 
Aktual.az
Xəbər 325 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR