Hacıqabulda baş verən avtoqəzada bir nəfər öldü

Hacıqabulda baş verən avtoqəzada bir nəfər öldü

Hacıqabulda baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb.
 
Aktual.az APA-ya istinadən xəbərverir ki, hadisə 23.00 radələrində Bakı-Qazax magistralının Hacıqabul rayonu Atbulaq kəndi ərazisində qeydə alınıb. Zərbaliyev Cavid Sahib oğlunun idarə etdiyi “MAN” markalı 99 HN 824 dövlət nömrə nişanlı yük avtomobili  ilə Mustafayev Bilal Maqsud oğlunun idarə etdiyi Mercedes markalı 85 BV 958 dövlət nömrə nişanlı mikroavtobus toqquşub. Nəticədə mikroavtobusda olan sərnişin Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Cahangirov Cahangir Yaqub oğlu kəllə-beyin və çoxsaylı bədən xəsarətlərindən hadisə yerində keçinib. Digər sərnişin Ələt qəsəbə xəstəxanasına yerləşdirilib.
Xəbər 878 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR