Gürcüstanda mədəndə QƏZA: 4 nəfər ölü

Gürcüstanda mədəndə QƏZA: 4 nəfər ölü

Gürcüstanın qərbində Mindeli adına mədəndə qəza baş verib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Tkibulu şəhərində mədəndə baş vermiş qəza nəticəsində 4 mədənçi ölüb, daha bir neçə nəfər xəsarət alıb.
Xəsarət alanların dəqiq sayı qeyd edilməsə də, ilkin olaraq 9 nəfərin yaralandığı ehtimal edilir.

Qəzanın baş vermə səbəbləri məlum deyil.
Səhər saatlarından başlayaraq hadisə yerində xilasedicilər işləyir.
 
Aktual.az
Xəbər 280 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR