Gürcüstanda iqtisadi artım 7%-i ötüb

Gürcüstanda iqtisadi artım 7%-i ötüb

May ayında Gürcüstanda ÜDM-in artım tempi 7,5% təşkil edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadla xəbər verir ki, bu ilin ilk beş ayı ərzində ÜDM-in orta real artım tempi 6,1% olub.
Yanvar-may aylarında xarici ticarət dövriyyəsinin həcmi 24,5% artaraq 4 mlrd. 895,6 min dollar təşkil edib.
Qonşu ölkədə ötən ay 4 689 müəssisə qeydiyyatdan keçib ki, bu da illik müqayisədə 0,1% çoxdur.
Dövlət büdcəsinin gəlirləri 809,6 mln. lari, xərcləri isə 712,6 mln. lari təşkil edib.
 
Aktual.az
Xəbər 266 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR