"Gündəmdə olan plastik əməliyyat zamanı ölüm hadisəsi fevralda olub" - Səhiyyə Nazirliyi


Bakıda "Stimul Hospital"da xəstənin plastik əməliyyat zamanı dünyasını dəyişməsi hadisəsi yeni deyil, bu hadisə fevral ayında olub.

Aktual.az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, əməliyyat olunan Quliyeva Yeganə Fəxrəddin qızının ölümü fevralın 14-də baş verib.
Meyit üzərində aparılan məhkəmə-tibb ekspertizasının nəticələri Bakı Şəhər Prokurorluğu və Sabunçu rayon prokurorluğuna təqdim edilib.
Müayinə zamanı xəstənin plastik əməliyyat zamanı dünyasını dəyişdiyi təsdiqlənib.
Hazırda istinaq aparılır.
 
Aktual.az
Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR