Gömrükdə 142 ədəd fişəng aşkarlandı

Gömrükdə 142 ədəd fişəng aşkarlandı

Azərbaycan vətəndaşı maşınla Gürcüstandan fişəng gətirib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.
Kinoloji xidmət iti tətbiq edilməklə keçirilən gömrük baxışı zamanı, xidməti itin reaksiyası nəticəsində, maşının yanacaq çənində 8 qutu pirotexniki vasitə və 142 ədəd fişəng aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Aktual.az
Xəbər 308 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR