Gəncədə sosial qanunvericilik müzakirə edilib

Gəncədə sosial qanunvericilik müzakirə edilib

Gəncə şəhərində 10 yanvar 2017-ci il tarixində "Sosial qanunvericiliyin izahatı və məlumatlandırma” mövzusunda tədbir təşkil edilib

Təlimdə Gəncə şəhəri icra hakimiyyətinin, Nizami və Kəpəz rayon bələdiyyələrinin, DSMF-nin nümayəndələri, Ombudsman Aparatı Gəncə regional mərkəzinin nümayəndəsi və eyni zamanda maraqlı tərəf olan sakinlər iştirak edib. 

Layihənin regional əlaqələndiricisi Aynur Əliyeva layihənin məqsədi barədə məlumat verdi.  "Qanuvericiliyin izahı və məlumatlandırma" mövzusunda Ombudsman Aparatı Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov təqdimat etdi. Təlimdə ünvanlı sosial yardım ilə bağlı çoxsaylı suallar verildi. Qaldırılan sualları hüquqşünas Səbuhi Abbasov və DSMF-nin mütəxəssisi Vüsal Hacıyev və ekspert Rövşən Novruzov cavablandırdı. VEMTAS sisteminə sənədin yüklənməsi ilıə bağlı konkret olaraq Əhmədova Flora Aydın qızının sənədinin üzərində, həmin sənədə imtina verilməsinin səbəbləri müzakirə olundu.  Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı tərəfindən idarə edilir. Iqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) sözügedən layihənin icraçısıdır.
 
Aktual.az
Xəbər 39 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR