Gələcək keyfiyyətli kadrların hazırlanması yolu bu günkü təhsilimizdən keçir

Gələcək keyfiyyətli kadrların hazırlanması yolu bu günkü təhsilimizdən keçir

Bu günlər Azərbaycan Tibb Universitetinin Rektoru yanında İctimai Nəzarət və MəsləhətŞurasının (İNMŞ) təşkilatçılığı iləATU-da imtahan sessiyasının gedişini izləmək üçün imtahanların gedişatına ictimai baxış keçirilib.

 

İctimai baxış 2016-2017-ci tədris ilinin yay imtahan sessiyasında şəffaflığın və obyektivliyin təmin edilməsinin izlənilməsi məqsədilə İNMŞ iclasının qərarına əsasən təşkile dilib. Ictimai baxış zamanı Şura üzvülərinə məlum oldu ki, ATU-da təhsil alan tələbələrin – gələcəyin həkim və əczaçıları olacaq bu gənclərin biliklərinin düzgün, obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi üçün imtahanlar mərkəzləşdirilmiş qaydada, universitetin virtual test mərkəzində kompyüterlər vasitəsilə test üsulu ilə həyata keçirilir. VI kurs müalicə-profilaktika, tibbi-profilaktika, hərbi-tibbi fakultəsinin, V kurs stomatologiya və IV kurs əczaçılıq fakultəsinin tələbələrinin buraxılış imtahanları da daxil olmaqla, ümumilikdə 157 fənn üzrə keçirilən imtahanların qəbulu 10 may 2017-ci ildən başlayaraq 5 iyul 2017-ci il tarixinədək davam edəcək. ATU-nun rektoru yanında İNMŞ-nın üzvüləri virtual test mərkəzində olarkən, hər gün 220 kompyüter vasitəsilə təxminən 2000-ə yaxın imtahan verən tələbələr üçün hər cür şəraitin yaradılması və imtahanların şəffaf və obyektiv keçirilməsinin şahidi oldular. Bu faktı imtahan mərkəzində yaradılmış Appelyasiya Komissiyasının fəaliyyət göstərməsi bir daha təsdiq etdi. Şura üzvülərinə məlumat verildi ki, Komissiya tərəfindən imtahan zamanıbaş verən hər hansı anlaşılmazlıq, test suallarıyla bağlı olan tələbələrin bütün şikayətlərinə dərhal baxılır və müvafiq tədbirlər görülür. Baxış zamanı məlum oldu ki, indiyə qədər tələbələr tərəfindən daxil olan 180-ə yaxın şikayətlər yazılı şəkildə qəbul edilərək, obyektiv olaraq müvafiq ölçü götürülmüşdür. ATU-nun İNMŞ-nın üzvüləri ATU-nun virtual test mərkəzində keçirilən imtahanlarla yanaşı, son illər universitetin tədris-cərrahiyə binasında keçirilən buraxılış kurs tələbələrinin bacarıq vərdişlərinə necə yiyələnmələriylə bağlı onların əyani vasitələr üzərində təcrübi bacarıqlarını nümayiş etdirmələriylə bağlı keçirilən imtahan-sorğularını da diqqətlə izlədilər. ATU-da əczaçılıq fakultəsində bakalavr pilləsində təhsil alan IV kurs tələbələrinin buraxılışı isə diplom-buraxılış işlərinin müdafiəsiylə həyata keçrilir. Qeyd etmək lazımdır ki, bu tələbələrin bir hissəsi xarici ölkə vətəndaşlarıdır. ATU-nun rektoru yanında İctimai Nəzəarət və Məsləhət Şurasının sədri, millət vəkili İlham Məmmədov, sədr müavini, ATU-nun müəlliməsi və "Gənc vətəndaş” İB-nin sədr müavini Aidə Bəndəliyeva, şuranın üzvüləriAzərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni, "İki sahil” qəzetinin redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü - Vüqar Rəhimzadə, "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, QHT-lərin Antikorrupsiya Şəbəkəsinin üzvü Əhməd Abbasbəyli,ATU-nun müalicə-profilaktika fakultəsinin IV kurstələbəsi Amilli Məhərrəm buraxılış işlərinin müdafiəsində də iştirak edərək həm müdafiənin gedişatı, həm də müdafiə komissiyasının işiylə yaxından tanış oldular.

ATU-nun rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının sədri və şura üzvüləri keçirdikləri ictimai baxış zamanı universitet kollektivi ilə yaxından tanış olmuş və onlara öz tövsiyyələrini verməklə yanaşı, ATU-da imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını müşahidə etmişlər. Bununla yanaşı Şuranın sədri millət vəkili İlham Məmmədov gələcəkdə universitetdəyenicə fəaliyyətə başlamış İctimai Nəzarət və Məsləhət Şurasının müvafiq qərargahının yaradılması, xüsusi rəy qutularının yerləşdirilməsinin zəruriliyini vurğuladı ki, bunları yaratmaqda da məqsəd gələcəkdə həm imtahanların gedişində, həm də universitetin fəaliyyətində obyektivliyi və şəffaflığı daha da təmin etmək, qərargahın fəaliyyəti barədə müəllim, tələbə və valideynlərə, həmçinin ictimaiyyət nümayəndələrinə mütəmadi məlumat verməkdir.

 

 

Xəbər 312 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR