"Gangnam Style"ın məşhur ifaçısı qəzaya düşdü


Dünyaca məşhur mahnı, internetdə fenomenə çevrilmiş "Gangnam Style"ın müəllifi və ifaçısı Park Çji Sun Çində avtomobil qəzası keçirib.

Aktual.az xəbər veri ki, bu barədə o, özü Honq-Konqda keçirdiyi konsertdə məlumat verib.

Koreyalı məşhur ifaçı deyib ki, o, Honq-Konqa gələrkən avtomobili yolda avtobusla toqquşub.

“Xoşbəxtlikdən qəzadan yüngül qurtuldum. Ancaq məni gətirən avtomobil yararsız hala düşüb. Mən konsertə cangüdənlərin avtomobili ilə gəldim”, deyə Park Çji Sun bildirib.(publika.az)

Xəbər 581 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR