FED-in protokolu dolları bahalaşdırır

FED-in protokolu dolları bahalaşdırır

Federal Ehtiyat Sistemi (Federal Reserve System, FED) iyun iclasının protokolunu dərc edib.

Aktual.az  "APA”ya istinadən xəbər verir ki, protokola əsasən, FED yaxın aylar ərzində balansındakı aktivlərin həcminin azaldacağını təsdiqləyib.

FED-in balansı 4,5 trln. dollara çatıb ki, bu da 2009-cu ildən etibarən dövlət istiqrazlarının alışı nəticəsində mümkün olub. FED qiymətli kağızlardan əldə olunan gəlir hesabına təkrar investisiya yolu ilə siyasətini sərtləşdirməyə qərar verib.

Ekspertlər hesab edir ki, balansda aktivlərin azaldılması faiz dərəcələrinin artmasına və dolların bahalaşmasına səbəb olacaq.

"Oanda"nın analitiki Alfonso Esparza bildirib ki, FED artıq sentyabr ayından etibarən aktivlərin azaldılmasına başlaya bilər. Bununla yanaşı, analitik qeyd edir ki, inflyasiyanın 2%-lik hədəf göstəricidən aşağı olması dolların möhkəmlənməsi üçün çalışan FED-i pul-kredit siyasətinə yenidən baxmağa məcbur edə bilər.

Protokolun dərcindən sonra birjalar dolların kəskin bahalaşmasının şahidi olub. Belə ki, ötən gün 1,1352 dollara çatan avronun məzənnəsi bu gün 1,1335 dollaradək geriləyib.
 
Aktual.az
Xəbər 278 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR