“Facebook”da işə başlayan azərbaycanlıya şirkətdən maraqlı hədiyyə - FOTO

“Facebook”da işə başlayan azərbaycanlıya şirkətdən maraqlı hədiyyə - FOTO

Azərbaycanlı gənc Emin Quliyev ABŞ-ın çoxmillətli korporasiyalarından olan "Meta”da baş proqram mühəndisi vəzifəsində işə başlayıb.

"Report” xəbər verir ki, E.Quliyevə fəaliyyətə başlaması münasibəti ilə "Meta” bir cütü ağ, o biri isə boz olmaqla iki cüt corab hədiyyə edib.

Corabların üzərində isə: "Hər bir səyahət ilk addımdan başlayır və hər bir ortaqlıq bir səslə başlayır. "Meta”da icma yaratmaq üçün addım atmaq budur”, - yazılıb.

Münhen Texniki Universitetini bitirən E.Quliyev bu təyinata qədər "Microsoft”, "Amazon” və "Delivery Hero” şirkətlərində müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, "Facebook” bir müddət öncə rebrendinq edərək "Meta” adlanıb və hazırda "Facebook”, "Messenger”, "Instagram” və "WhatsApp” bu şirkətin tabeliyindədir.

Ötən ilin sonuna olan məlumata görə, "Meta”nın əməkdaşlarının ümumi sayı 72 minə çatır.
Xəbər 8790 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR