“Facebook” öz “YouTube”unu yaradır

“Facebook” öz “YouTube”unu yaradır

"Facebook" rəhbərliyi özünün yaxın gələcəkdə yaradacağı video xidməti üçün şouların hazırlanması üçün mühüm addım atıb.

Aktual.az lent.az-a istinadən xəbər verir ki, sosial şəbəkə bu məqsədlə "Buzzfeed", "Vox Media" və digər xəbər-əyləncə kontenti yaradıcıları ilə müqavilə bağlayıb.
 
"Facebook" üçün iki tip şou yaradılacaq: onlardan biri 20-30 dəqiqə davam edəcək və ssenariyə malik olacaq, digərinin epizodları isə uzağı 10 dəqiqə davam edəcək. "Facebook" bu tip proqramlar üzərində hüquqlara malik olmayacaq. Xatırladaq ki, hazırda sosial şəbəkədə onlayn-yayımlar mümkündür.
 
Qeyd edək ki, bu ilin mart ayında "The Wall Street Journal" qəzeti "Facebook"un öz video xidmətini yaratmaq planları barədə yazmışdı. Mümkün formatlar arasında şou, serial və proqramlar qeyd olunurdu. Roliklər elm, pop-mədəniyyəti, idman, həyat tərzi və videooyunlar mövzularını işıqlandırmalıdır. "Facebook" xəbərlərlə məşğul olmayacağını bildirib.
 
Aktual.az
Xəbər 547 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR