“Eurovision” müsabiqəsində iştirak edəcək ölkələrin adları AÇIQLANDI - VİDEO

“Eurovision” müsabiqəsində iştirak edəcək ölkələrin adları AÇIQLANDI - VİDEO

"Eurovision 2018” mahnı müsabiqəsinin təşkilatçıları gələn il yarışmada iştirak edəcək ölkələrin siyahısını açıqlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu il Portuqaliyada keçirilək yarışmanın tərkibinə 42 ölkə, o cümlədən Rusiya da daxildir. Siyahı müsabiqənin rəsmi saytında dərc olunub.
Həmçinin tədbirin dəniz balıqqulağını xatırladan rəsmi loqotipi də təqdim edilib. Şüar belə səslənir: "Hamı gəmiyə”.
Təşkilatçıların sözlərinə görə, şüarın Portuqaliyanın Atlantik okeanı ilə Avropanı birləşdirən xüsusi yer haqqında xatırlatmasına diqqət yetirilib.
Müsabiqə 2018-ci ilin may ayında Lissabonda keçiriləcək.
Məlumat üçün bildirək ki, keçən il Ukraynada keçirilən sözügedən müsabiqədə iştirak edə bilməyən Rusiya təmsilçisi Yuliya Samoylova bu il öz arzusuna çatacaq.
Türkiyənin adı siyahıda yoxdur. Qardaş ölkə bu il də müsabiqədə iştirak etməkdən imtina edib.
Aktual.az
Xəbər 514 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR