Ermənistanda əsgər yoldaşını güllələyən hərbçi həbs olundu

Ermənistanda əsgər yoldaşını güllələyən hərbçi həbs olundu

Ermənistanda əsgər yoldaşını qətlə yetirən hərbçi saxlanılıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin məlumatında bildirilir ki, 1997-ci il təvəllüdlü Arman Akopyan kiçik çavuş Qaqik Mesropyanı qətlə yetirməkdə şübhəli bilinir. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.
 
Qeyd edək ki, qətl hadisəsi mayın 10-da  baş verib.
 
Səhər saatlarında əsgər Qaqik Mesropyana döyüş postunda odlu silahdan atəş açılıb, o hospitala aparılarkən yolda ölüb. 
 
Aktual.az
Xəbər 421 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR