Ermənistan cəbhəyə göndərdiyi hər əsgərə 10 min dollar vəd edir

Ermənistan cəbhəyə göndərdiyi hər əsgərə 10 min dollar vəd edir

Ermənistan Müdafiə Nazirliyi hərbi xidmətlə bağlı yeni təklif verib

Modern.az bildirir ki, ictimai müzakirələrə çıxarılan təklif bir neçə proqramdan ibarətdir.
Təklifə əsasən, təmas xəttinə göndəriləcək şəxslər orduda 3 il müddətində xidmət edəcəklər. Xidmətlərinin 6-cı ayından başlayaraq onlar 1+1+2 sisteminə keçəcəklər. Yəni 1 həftə evdə olacaqlar, 1 həftə döyüş növbəsinə hazırlıq keçəcəklər və 2 həftə ön xətdə xidmət edəcəklər. Bu qanun sayəsində erməni hərbçi 3 illik xidmətinin 7 ayını evində keçirəcək.
3 illik hərbi xidmət müddəti başa çatdıqdan sonra isə hərbçiyə 5 milyon dram (10 min dollar) pul ödəniləcək. Həmin pulu o yalnız 3 istiqamətdə - ev almağa, mini-ferma tikməyə, yaxud təhsilini davam etdirməyə xərcləyə bilər.
 
Aktual.az
Xəbər 272 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR