Ərəb azad ticarət zonası Bakıda ofis açacaq

Ərəb azad ticarət zonası Bakıda ofis açacaq

Birləşmiş Ərəb Əmirliklərinin Ayman Azad Ticarət Zonası (AATZ) bu il Azərbaycanda qlobal ofisini açacaq.

"Report"un ərəb mətbuatına istinadən verdiyi məlumata görə, bu, AATZ-nın 2017-ci il üçün qlobal investorluq strategiyasında qeyd edilib.

AATZ bu il əsas ofislərini açacaq digər 4 mühüm bazarın da adını müəyyən edib.

Belə ki, AATZ-nin yeni qlobal osifləri bu il Azərbaycanla yanaşı, Çin, İsveçrə, Kanada və Honq-Konqda açılacaq. AATZ bu ilin may ayında Kiprdə, ötən ilin noyabr ayında isə Moskvada yeni ofisini açıb.

Qeyd edək ki, hazırda AATZ dünyanın müxtəlif hissələrində 22 000-dən artıq müəssisəyə malikdir.

Xatırladaq ki, Ayman Azad Ticarət Zonası BƏƏ-nin Ayman əmirliyində yerləşir. Əsası 1988-ci ildə qoyulan azad ticarət zonası sənayenin böyük inkişafına səbəb olub. Fars körfəzinin girişində yerləşən zona şərq və qərb bazarlarına xidmət edir. Hər il Ayman limanı 1 000-dən artıq gəmiyə xidmət göstərir.
 
Aktual.az
Xəbər 379 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR