Ərdoğanı nar suyu ilə zəhərləmək istəyiblər

Ərdoğanı nar suyu ilə zəhərləmək istəyiblər
  • DÜNYA

FETÖ əməliyyatı çərçivəsində həbs edilən Kahramanmaraş Lider İş adamları Dərnəyinin rəhbəri Mahir Keçə haqqında iddianamədə yer alan gizli şahidin ifadələri hər kəsi təəccübləndirib.

Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, şahidin ifadəsində: "Mahir Keçə 2010-cu ildə toplantılardan birində o dövrdə baş nazir olan Tayyib Ərdoğanın nar suyu içirilərək zəhərlənəcəyini söyləyib", - dediyi ortaya çıxıb.

Qeyd edək ki, Mahir Keçə FETÖ üzvü olmaqda ittiham olunaraq avqustun 28-də saxlanılıb. Eyni zamanda, 17-25 dekabr çevriliş cəhdindən sonra dərnək üzvlərini iqtidara qarşı təşkilatlandırdığı məlum olub.
 
Aktual.az
Xəbər 514 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR