Ərdoğan Əsədlə əməkdaşlığı istisna etməyib

Ərdoğan Əsədlə əməkdaşlığı istisna etməyib
  • DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Bəşər Əsədlə əməkdaşlığın bərpasını istisna etməyib.

APA-nın xəbərinə görə, R. T. Ərdoğan Soçidə Rusiya və İran prezidentləri ilə üçtərəfli görüşdən dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
"Türkiyə kimi, Suriya tərəfi də PYD-YPG-yə qarşı olduğuna görə, bu prosesin gedişində Ankara ilə Dəməşq arasında yaxın təmas, ortaq çalışma olması mümkündürmü?” sualına prezident Ərdoğan belə cavab verib: "Sabah nələr olacağı o anın şərtləri ilə əlaqəlidir. Bu məsələdə "bir şey olmaz” şəklində, öncədən qəti fikir söyləmək kimi anlayış içərisində olmağımız çox da doğru olmaz. Siyasətin qapıları, bildiyiniz kimi, son ana qədər hər zaman açıqdır”.
R. T. Ərdoğan indiki anda B. Əsədlə təmas qurmaq üçün hər hansı təşəbbüsləri olmadığını söyləyib.
 
Aktual.az
Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR