Ərdoğan: “ABŞ İŞİD-ə maliyyə dəstəyi göstərir”

Ərdoğan: “ABŞ İŞİD-ə maliyyə dəstəyi göstərir”
  • DÜNYA

ABŞ İŞİD terror təşkilatına maliyyə dəstəyi göstərir.

Publika.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan bildirib.
"ABŞ bizi çox məyus etdi. Dedilər ki, İŞİD-ə qarşı mübarizə aparırlar, amma özləri nə etdilər? Dollarları İŞİD-ə verdilər”, - Ərdoğan deyib.
Türkiyə prezidenti həmçinin ABŞ-ın ikitərəfli razılaşmaları daim pozduğunu qeyd edib.
"Münbicdə və Rakkada birlikdə işləməyi təklif etdik. Onlar söz verdilər ki, bu şəhərlərdə PYD-nin heç bir üzvü qalmayacaq, bizdən narahat olmamağımızı istədilər. Amma verdikləri sözü yerinə yetirmədilər. ABŞ-da rəhbərlik dəyişdi, amma hər şey əvvəlki kimi qaldı”, - Ərdoğan vurğulayıb.
 
Aktual.az
Xəbər 359 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR