Ən çox qazanan futbolçular - REYTİNQ

Ən çox qazanan futbolçular - REYTİNQ

Portuqaliyalı Kriştianu Ronaldu 2017-cu ildə Forbes jurnalı tərəfindən tərtib olunan dünyanın ən yüksək gəlirləri olan futbolçularının siyahısında birinci yeri tutub.

Aktual.az Trend-ə istinadən bildirir ki, hazırkı Avropa çempionu Madridin "Real" və Portuqaliya yığmasının 32 yaşlı hücumçusu dördüncü ildir dalbadal siyahıda birinci yeri tutur. Nəşrin qiymətləndirməsinə görə, 2016-ci il iyunun 1-dən 2017-ci il mayın 31-dək olan dövr ərzində futbolçu 93 milyon dollar qazanıb.

Siyahıda ikinci yerdə "Barselonanın" və Argentina yığmasının üzvü Lionel Messi qərarlaşıb. Onun gəlirləri son ildə 80 milyon dollar təşkil edib.

Üçüncü yeri 37 milyon dollarla "Barselonanın" daha bir futbolçusu braziliyalı Neymar tutur. Dördüncü və beşinci yerlərdə müvafiq olaraq Uels yığmasının və "Realın" oyunçusu Qaret Beyl və "Mançester Yunaytedin" hücumçusu isveçli Zlatan İbrahimoviçyerləşiblər. Onların illik qazancı müvafiq olaraq 34 və 32 milyon dollar təşkil edib.
 
Aktual.az
Xəbər 549 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR