Elmar Vəliyev vətəndaşlarla görüşdü -Foto

Elmar Vəliyev vətəndaşlarla görüşdü  -Foto

İnsanlara verilən yüksək dəyər
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin vaxtaşırı keçirdiyi qəbullar və müraciətlərin təhlili göstərir ki, vətəndaşlar bu qəbullara inamla gəlib, razılıqla ayrılırlar. Operativlik, dəqiqlik, hərtərəfli araşdırmalar, ən başlıcası insanlara verilən yüksək dəyər bu qəbulların əsasını təşkil edir. Vətəndaş hiss edir ki, onun müraciəti dərhal diqqətə alınır, qəbulda iştirak edən müvafiq təşkilatların rəhbərlərinə tapşırıqlar verilir. Bir qayda olaraq qəbul başa çatana kimi həllini tapan müraciətlərin nəticəsi elan edilir ki, bu da sakinlərin razılığına səbəb olur. Araşdırılması lazım olan müraciətlər isə şəhər rəhbərliyi tərəfindən ciddi nəzarətə götürülür.
Qış mövsümünün yaxınlaşması ilə bağlı əhalinin işıq və qaza olan ehtiyacının ödənilməsi sahəsində həlli lazım gələn problemlərin öyrənilməsi üçün ən uğurlu vasitə əhali ilə görüşlərin keçirilməsidir. Elə icra başçısı Elmar Vəliyevin növbəti qəbulunda da sakinlərin enerji sahəsində təminatı ön plana çəkilmişdi. Gəncədə yüksək infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində bu sahədə əsaslı irəliləyişlərin olması bir daha öz təsdiqini tapdı. Müraciət edən 62 nəfər sakinin çox az qismi işıq və qazla bağlı şikayətlərini bildirdilər və icra başçısı həmin məsələnin həlli üçün yerindəcə tapşırıqlar verdi. Dövlətimizin qayğısından hər zaman bəhrələnən vətəndaşlar problemlərin həllinə görə razılıqlarını ifadə etdilər.
Qəbulda iş yerləri ilə təminat, maddi yardım, müalicə xərclərinin qarşılanması, mülki məsələlərdə sənədləşmə işlərinin aparılması yönündə də müraciətlər səsləndi.
İcra başçısı Elmar Vəliyevin qəbuluna yalnız problemi olanlar deyil, qaldırdığı məsələnin həllinə görə minnətdarlıq üçün də gəlmişdilər. Qənirə Qurbanova ötən qəbuldan sonra qarşılaşdığı problemin operativ həllinə görə minnətdarlığını bildirdi.
İcra başçısının daha bir qəbul günü vətəndaşların müraciətlərinin operativ surətdə həllini tapması ilə razılığa səbəb oldu.

Xəbər 445 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR