Elmar Vəliyev səfirlə görüşüb - Fotolar

Elmar Vəliyev səfirlə görüşüb   - Fotolar

İsrailin Azərbaycandakı səfiri Dan Stav Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə səfər edib.

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev səfir Dan Stavı qəbul edib. Görüşdə icra başçısı İsrail-Azərbaycan münasibətlərinin vacibliyindən danışaraq, şəhərin iqtisadi və sosial-siyasi həyatı barədə səfiri məlumatlandırıb.



Səfir Gəncə şəhərinin tarixən və hazırki vacibliyini vurğulayaraq səfirliyin bu ərazidə fəaliyyətini intensivləşdirməyə maraq və niyyətinin olduğunu əlavə edib. Onun sözlərinə görə, Gəncə şəhərinə səfərinin məqsədi iki ölkə arasında dayanıqlı əməkdaşlığı inkişaf etdirmək üçün qarşılıqlı maraq kəsb edən sahələri qiymətləndirməkdir. Həmsöhbətlər xüsusilə kənd təsərrüfatı və informasiya texnologiyaları sahələrində əməkdaşlığı genişləndirmək barədə müzakirə aparıblar.



Dan Stav səfirliyin İsraildəki şirkətlər və akademik institutların Azərbaycandakı həmkarları ilə əlaqə qurmaq istiqamətindəki rolunu qeyd edib.



Daha sonra səfir Nizami Gəncəvi Muzeyinə, Heydər Əliyev park-kompleksinə baş çəkib, yəhudi icması ilə görüşüb.

Xəbər 393 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR