Elektron siqaretlər xəstəlik yaradır — Elmi araşdırma

Elektron siqaretlər xəstəlik yaradır — Elmi araşdırma

Elektron siqaretlərdən istifadə edənlərin damaq toxumaları zədələnir və ağız boşluğunda müəyyən xəstəliklər yaranır. Bu xəstəliklər siqaret çəkən insanlarda da yaranır.

Aktual.az Ölkə.Az-a istinadən  xəbər verir ki, ABŞ-ın Roçester universitetinin alimləri bu qənaətə gəliblər.

Mütəxəssislər xüsusi hazırlanmış 3D modelindən istifadə edərək elektron siqaretlərin tüstüsünün ciyərlərə çəkilmə prosesini izləyiblər. Elektron siqaret mayeni buxara çevirən batereya, maye doldurulmuş kartric və qızdırıcı elementdən ibarətdir.

Məlum olub ki, elektron siqaret tüstüsünün təsiri nəticəsində damaq toxumaları soyuqdəymə zamanı ifraz etdikləri zülalları ifraz edirlər. Bu isə hüceyrə probleminə səbəb olur və nəticədə ağız boşluğunda xəstəlik yaranır. Bu mayenin tərkibində olan aromatizator və nikotinin qarşılıqlı təsirindən baş verir.
 
Aktual.az
Xəbər 622 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR